Ayna saytına istinadən Icma.az xəbər verir.
Dmitri Peskov: “Litva Rusiyaya yönəlmiş silahlar yerləşdirərsə, nüvə silahlarının hədəfinə çevriləcək”
“Litva Rusiyaya yönəlmiş silahları öz ərazisində yerləşdirmək qərarına gələrsə, Rusiyanın nüvə silahlarının hədəfinə çevriləcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”ın efirində səsləndirib.
O qeyd edib ki, Litvanın belə bir addımı gərginliyin çox ciddi şəkildə artması deməkdir.
"Əgər onun ərazisində bizə yönəlmiş nüvə silahları varsa, deməli, bu ölkənin ərazisi də bizim nüvə silahlarımızın hədəfinə çevriləcək", - Kremlin sözçüsü bildirib.