Kremldən müharibə açıqlaması: Yeni mərhələ başladı, ABŞ da iştirak edir

18.11.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

(ABŞ istehsalı) ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə hücum qərarı keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əgər belə bir qərar həqiqətən formalaşdırılıb və Kiyev rejiminə çatdırılıbsa, əlbəttə, bu, ABŞ-ın bu münaqişəyə cəlb olunması baxımından keyfiyyətcə yeni gərginlik mərhələsi və yeni vəziyyətdir”, - Rusiya rəsmisi bildirib.

Peskov vurğulayıb ki, Moskvanın mövqeyi hər kəs üçün tamamilə aydın olmalıdır.

Kremlin sözçüsü baş verənlərə görə Qərbi ittiham edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью