Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində erməni dilində çıxış etməsini təxribat hesab etmir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Yunaşev Live”a müsahibəsində bildirib.
“Mənə bu, qəribə göründü, amma bundan artıq heç nə deyil”, - deyə Uşakov bildirib.
O qeyd edib ki, Paşinyanın çıxışını kimisə təxribata çəkmək cəhdi hesab etmir. Rusiya liderinin köməkçisinin sözlərinə görə, Ermənistanın baş naziri erməni dilindən digər dillərə tərcümə imkanının olduğunu bilib və buna görə də ana dilində çıxış etməyə qərar verib.
Uşakov əlavə edib ki, Paşinyan daha əvvəl bu cür görüşlərdə belə addım atmayıb.
Qeyd edək ki, Paşinyan Bişkekdə keçirilən “ŞƏT plus” sammitində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderləri arasında rus dilində çıxış etməyən yeganə lider olub. O, ictimai çıxışını erməni dilində edib.
Sammitdə Rusiya, Belarus, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Azərbaycan prezidentləri isə rus dilində çıxış ediblər.
Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanla görüşərək Ermənistanı Avropa İttifaqına üzvlük məsələsində daha tez qərar verməyə çağırıb.
Xədicə BAXIŞLI