Kremldən Putin və Əliyev görüşü ilə bağlı VACİB AÇIQLAMA: “Əl sıxdılar, lakin…” KONKRET

03.09.2025

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Pekində keçirilən təntənəli mərasimlərdə bir-birini salamlayaraq əl sıxıblar. Lakin onların arasında əhatəli söhbət baş tutmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, dövlət başçıları yalnız rəsmi salamlaşma ilə kifayətləniblər:

“Əliyevlə onlar bir-birini salamladılar, əl sıxdılar, amma hər hansı substansiv ünsiyyət (praktiki nəticəyə yönəlmiş, konkret məzmunlu söhbət) olmayıb,” – deyə Peskov bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью