Kremldən Putinlə Trampın telefon danışığı barədə açıqlama

12.04.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya prezidenti ilə ABŞ lideri Donald Tramp arasında yeni telefon danışığı nəzəri cəhətdən mümkündür.

Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla Vladimir Putin arasında keçirilən görüşdən sonra bildirib.

“Nəzəri cəhətdən bu mümkündür, bəlkə hə, ya da yox”, - Peskov deyib.

Xatırladaq ki, Uitkoff 11 apreldə Rusiya lideri Vladimir Putinlə bağlı qapılar arxasında 4 saatdan çox müzakirə aparıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью