Kremldən Seulda baş verənlərə REAKSİYA

03.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumat verir.

Kreml Cənubi Koreyada baş verənlərə münasibət bildirib.

Bakupost.az İnterfaks”a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vəziyyəti "narahatedici" adlandırıb.

Peskov onu da əlavə edib ki, Kreml Cənubi Koreyadakı vəziyyəti diqqətlə izləyir.

Qeyd edək ki, bu gün Cənubi Koreya prezidenti Yun Sok-Yel dekabrın "KXDR tərəfdarlarına qarşı mübarizə aparmaq məqsədilə" hərbi vəziyyət elan edib.

Bundan əvvəl yüksək rütbəli amerikalı məmur CNN-ə bildirib ki, Cənubi Koreyada baş verənlər Ağ Ev administrasiyasını təəccübləndirib.

Zaur, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью