GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Tbilisinin Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyinə baxmayaraq, Moskva Gürcüstanla müxtəlif sahələrdə münasibətləri bərpa etməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin deyib.
“Tbilisi diplomatik münasibətlərin bərpasını Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyimizlə əlaqələndirməkdə davam edir. Lakin biz Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlığı hərtərəfli inkişaf etdirməyə davam etməyə hazırıq”, – diplomat bildirib.
Safura Bənnayeva
Globalinfo.az