Kremldən təyyarə qəzasına görə üzr istəmək tələblərinə CAVAB

27.12.2024

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya istintaq yekunlaşana qədər Aktauda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı qiymətləndirmələr etməyəcək. 

"Unikal" xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov brifinqdə deyib.

Belə ki, jurnalistlər Peskova Kremldə Azərbaycan tərəfinin Rusiyanın qəza ilə bağlı üzr istəməsi tələbini görüb-görmədikləri ilə bağlı sual ünvanlayıb. O, isə cavabında "Hazırda bu hadisə ilə bağlı araşdırma aparılır və istintaqın yekunları yekunlaşana qədər biz heç bir qiymətləndirmə etməyəcəyik", - deyib. 

Dmitri Peskov əlavə edib ki, hadisə ilə bağlı istintaq davam edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью