Kremldən Trampın Qrelandiya planına REAKSİYA

25.01.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya ABŞ-ın “Qızıl günbəz” raketdən müdafiə sisteminin yaradılması planının həyata keçirilməsi, eləcə də onun Qrenlandiyada yerləşdirilməsi ehtimalını izləyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

“Şübhə etmirəm ki, ordumuz bu planları yaxından izləyəcək və təhlil edəcək”, – deyə o qeyd edib.

Xatırladaq ki, 21 yanvarda ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etmək niyyətində olmadığını deyib.

Finlandiya milli-mühafizəkar partiyası “Azadlıq Alyansı”nın üzvü Armando Mema isə yanvarın 25 sosial media hesabında diqqət çəkən paylaşım etmişdi. “Ağ Ev rəhbəri mümkün Üçüncü Dünya müharibəsi ssenarisində qitələrarası ballistik raket hücumlarını dəf etmək ümidi ilə Qrenlandiyada “Qızıl Günbəz” tikmək istəyir”, – deyə siyasətçi yazmışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью