Kremldən Trampın sülh planına reaksiya

27.04.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ukrayna ilə bağlı razılaşmanın şərtləri barədə danışmaq hələ tezdir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsi zamanı deyib.

“İşlər davam edir və bu, ictimai formatda həyata keçirilə bilməz”, – Kremlin sözçüsü ABŞ Prezidenti Donald Trampın sülh planına münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, Trampın təqdim etdiyi planda Krımın Rusiyanın tərkib hissəsi kimi qəbul edilməsi, Ukraynanın NATO-ya üzv olmaması kimi məsələlər yer alıb.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью