Kremldən uzaq mənzilli raket reaksiyası: “ABŞ atəşə yağ tökür”

18.11.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Ukraynanın Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə tələbini qəbul etdiyinə dair iddialardan sonra Kreml məsələ ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu qərarı gərginliyi artıracaq addım kimi qiymətləndirərək, “Qərb silahları Rusiyanın dərinliklərinə endirilərsə, hədəf Ukrayna deyil, buna icazə verən ölkələr olacaq” deyib.

Peskov bu qərarın ABŞ-ın müharibəyə daha çox cəlb olunması demək olduğunu da vurğulayıb.

Kreml bəyanatında o da bildirilir ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyası atəşə yağ tökür və Ukraynada münaqişəni qızışdırmağa çalışır.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью