Kremldən xəbərdarlıq gəldi

09.01.2025

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Ermənistan hökuməti Avropa İttifaqına üzvlüklə bağlı hərəkətə keçdikdən, bununla bağlı parlamentə layihə göndərdikdən dərhal sonra Kremldən reaksiya gəlib.
Sitat.info  bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Dmitri Peskov açıqlama verib.
“Həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olmaq sadəcə mümkün deyil və Aİİ İrəvana real fayda gətirir”, -Dmitri Peskov brifinqdə deyib.
Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Rusiya həm Ermənistan, həm də Azərbaycanla münasibətlərini yüksək qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью