Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkədə elektrik şəbəkələrini və enerji infrastrukturunu hədəfə alaraq yeni taktika tətbiq etdiyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu addımların məqsədi Ukraynanı enerji təchizatından təcrid etməkdir.
O vurğulayıb ki, Odessa, Odessa vilayəti və Dnepr vilayətində vəziyyət ağırdır və həmin ərazilərdə ciddi elektrik kəsintiləri yaşanır. Enerji sisteminə yönəlmiş zərbələr digər bölgələrdə də təchizatla bağlı çətinliklər yaradır. Elektronika məhsulları
Rəsmi Kiyev enerji obyektlərinin mühafizəsi və sistemin bərpası istiqamətində tədbirlərin davam etdiyini qeyd edir.