Kremldən Zelenskiyə: İstədiyi vaxt Moskvaya gələ bilər

05.06.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


Rəsmi Moskva Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə ikili görüş təklifinə münasibət bildirib.

Bakupost.az xarici KİV-lərinə istinadən xəbər verir ki, Zelenski açıq məktubunda “Ukrayna müharibənin yalnız bizim və sizin aranızda, ikili formatda bitirilməsini təklif edir. Görüşməyi təklif edirəm” – deyə, vurğulayıb.

Kremlin sözçüsü Dmitriy Peskov isə cavabında qeyd edib ki, Zelenski istədiyi vaxt Moskvaya gələrək Putinlə görüşə bilər. O əlavə edib ki, məktub Kreml tərəfindən araşdırılır.

Peskov eyni zamanda münaqişənin həlli istiqamətində ABŞ-nin səylərinə də toxunaraq bildirib ki, Rusiya heç vaxt ABŞ-nin rolunu ideallaşdırmayıb və ölkənin milli maraqları hər zaman prioritet olaraq qalır.

Bahar Babaşova, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью