Kremldən Zelenskiyə sui qəsd cəhdinə REAKSİYA

10.09.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsinə dron tərəfindən təhlükə yaranması ilə bağlı məlumatlar yanlışdır”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Belə bir təhlükə ümumiyyətlə mövcud olmayıb. Bunu artıq ukraynalıların özləri də etiraf ediblər”, – Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, Zelenskinin təyyarəsinin sentyabrın 8-də Moldovadan Norveçə uçuşu zamanı hava məkanında dron insidenti baş verib. Norveçin Baş naziri Yonas Qahr Störe təyyarənin dron tərəfindən az qala vurulduğunu bildirsə də, daha sonra Norveç hökumətinin nümayəndələri pilotsuz uçuş aparatının Zelenskinin təyyarəsinə nə qədər yaxın olduğunun məlum olmadığını açıqlayıblar.

Moldova rəsmiləri isə həmin vaxt ölkənin hava məkanına dron daxil olduğunu və hadisə səbəbilə Zelenskinin uçuşunun gecikdiyini təsdiqləyiblər. İlkin məlumatlara əsasən, söhbət “Shahed” tipli PUA-dan gedib./Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью