Kremlə qarşı üsyan hədələri gəlir

26.06.2026

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Tramp güc qarşısında adekvat davranmağı bacaran realist insandır. Vaxtilə Ukraynanı məğlub hesab etdiyi və Rusiyanı qələbə çalmağa daha real namizəd gördüyü üçün Zelenskini Putinin tələblərinə razı salmağa təzyiq edirdi. İndi Ukraynanın son dövrlər əldə etdiyi uğurları görəndən sonra Ukraynaya dəstək verdiyini görürük. Rusiyanın ərazilərini vurmağa Ukraynaya dəstək olmaq lazım olduğunu bəyan edir ki, bu yolla Rusiya müharibənin dayandırılmasına razı olsun.
İranın da müqavimət göstərdiyini gördükdən sonra sülhə getməyin vacib olduğunu görmüşdü. Əslində, Trampın bu xarakteri normal xüsusiyyətdir və sülh yaradıcı kimi missiyaya xasdır. Hər şeydə vaxtında və yerində dayanmalı olduğunu bilən insandır.
Trampın Putinin dedikləri ilə hərəkət etdiyi fikirlərini həmişə qeyri-ciddi qəbul etmişəm. Tramp sadəcə güclünün yanındadır. Azərbaycan Prezidentinə də buna görə hörmət edir. ABŞ-ın güc yolu ilə edə biləcəklərinə inanan adamdır. Çünki ABŞ kimi Tramp da hegemondur. Qarşısındakılar onun bu xüsusiyyətini düzgün idarə edə biləndə, məsələn, Zelenski kimi, onda istəklərinə çatırlar. Eyni zamanda, qarşısındakı gücü qəbul edib ona hörmət etməyi də bacaran insandır. Hesab edirəm ki, Rusiya üçün sonun başlanğıcı artıq başlayıb. Ordu daxilində Kremlə qarşı üsyan hədələri gəlir.
Azər Qasımov,
ƏHD partiyasının ictimai-siyasi məsələlər üzrə katibi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью