Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Ermənistan və Azərbaycan arasındakı münaqişədə xarici moderator mövqeyini itirib.
Axar.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Kəşfiyyat Agentliyinin 2026-cı il üçün Hərbi Kəşfiyyat İcmalında bildirilib.
“Rusiya Cənubi Qafqazda mühüm oyunçu olaraq qalır, baxmayaraq ki, onun təsiri azalıb. Ermənistan və Azərbaycan arasındakı münaqişədə xarici moderator mövqeyini itirib və hər iki ölkənin Rusiya ilə münasibətləri zəifləyib", - hesabatda qeyd edilib.
Finlandiya kəşfiyyatı hesab edir ki, Gürcüstan siyasi cəhətdən Rusiyaya daha da yaxınlaşıb.
“Rusiyanın əsas məqsədi - qlobal təsirini artırmaq - dəyişməz qalıb. Onun rejimi Qərbi təhdid kimi görür və Ukraynadakı müharibədən, digər münaqişələrdən və hibrid təsirindən alət kimi istifadə edərək onu zəiflətməyə çalışır. Rusiyanın diqqəti keçmiş Sovet İttifaqı ərazisinə, xüsusən də digər məqsədlərinə çatmaq bahasına apardığı Ukraynadakı müharibəyə yönəlib”, agentlik vurğulayıb.