Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? | Icma.az
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yayımladığı son xəbərdə qeyd edilib ki, Azərbaycan Respublikasının informasiya məkanına qonşu ölkələrdən biri tərəfindən əlaqələndirilmiş şəkildə dezinformasiya və informasiya manipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub.
Xəbərdə “qonşu ölkə” dedikdə Rusiyanın nəzərdə tutulduğu aydındır.
Çünki xəbərdə Rusiya səmasında raketlə vurulan Azərbaycan sərnişin təyyarəsiylə bağlı dezinformasiyaların yayılmasından söhbət gedir.
Axar.az xəbər verir ki, bu barədə Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Rusiya vurulan təyyarəyə görə kompensasiya ödəmək və cinayətkarları cəzalandırmaq əvəzinə Azərbaycana qarşı “açıq və gizli” təbliğat müharibəsinə başlayıb: “Açıq müharibə” dedikdə Rusiyanın informasiya resurslarında, o cümlədən Kremlə yaxın Teleqram kanallarında Azərbaycana qarşı qarayaxma kampaniyasını nəzərdə tuturam.
Gizli kampaniya isə saxta platformalar tərəfindən təşkil olunur.
Milli Məclisin komissiyasının xəbərində Azərbaycana qarşı hibrid savaşın geniş şəkil aldığı bu cümlələrlə izah olunub: “Manipulyativ və koordinə edilmiş təbliğatın əsasən sosial media platformaları üzərindən və müxtəlif dillərdə aparıldığı, o cümlədən ictimai rəyə birbaşa təsir etmək məqsədilə Azərbaycan dilində də xəbər tipli resursların yaradıldığı faktları müəyyən edilib.
Tam oxu
Xəbəri oxu