Kremlin əli varsa, Parisin də ayağı olsun Zaxarovadan ilginc sözlər

08.10.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Avropada beynəlxalq dialoqu həqiqətdən və faktlardan illüziya reallıqlarına çevirən ifadələr uydururlar”.

Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Beynəlxalq hüquq normalarına uyğun olmayan hərəkətlər var, lakin Qərb onları qanunun altına salmaq istəyir. Bu, “kölgə donanması”, “Kremlin əli”, “şər oxu” və “rus hakerləri” kimi ifadələrin yaranmasına gətirib çıxarır.

“Niyə sadəcə Kremlin əli? Niyə Parisin ayağı olmasın? Niyə Brüsselin başı olmasın?” demək istəyirdim, amma o zaman çoxbaşlı olardı. Yəqin buna görə də nəsə kəşf etmədilər”, – deyə o bildirib.

Zaxarova qeyd edib ki, Avropa çoxsaylı daxili problemləri etiraf etməmək üçün onları ört-basdır etməyə çalışır.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью