Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında Kremldə keçirilən görüş ərəfəsində Putinin sərt açıqlamalarına diqqət yetirmək lazımdır".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Ekspert bildirib ki, görüş ərəfəsində Çinin XİN başçısı da Moskvaya səfər etmişdi: "Putin perspektivdə müharibəni davam etdirməyə hazır olduğunu açıq şəkildə bəyan etdi.
Bu, həm Ukrayna, həm Avropa İttifaqna, həm də Çinə verilən mesaj idi. Eyni zamanda Putin aşkar formada Avropa İttifaqını təhdid edir.
Bildirir ki, əgər Aİ müharibəyə hazırdırsa, Rusiya da buna hazırdır.
Kreml rəhbərinin Avropanı müharibə ilə təhdid etməsi Rusiyanın bir növ "qiymətləri qaldırmasına" hesablanıb.
Belə aqressiv aurada danışıqlarda Ukraynanın xeyrinə hansısa razılaşmanın olacağını düşünmək əbəs idi".Müsahibimiz bildirir ki, əslində ABŞ-nin təqdim etdiyi "sülh planı" Ukrayna əraziləri hesabına müharibənin bitirilməsini özündə ehtiva edir.