Kremlin iki seçimi var: Ya güc yolu ilə, ya da...

17.12.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ anlamalıdır ki, Rusiya danışıqlar zamanı konstruktiv mövqeyə hazır deyil, çünki Kreml Ukraynanı ya ABŞ Prezidenti Donald Trampın əli ilə, ya da güc yolu ilə ələ keçirməyi hədəfləyir.

Axar.az xəbər verir ki, bunu ukraynalı diplomat Roman Bessmertnı deyib.

“Rəsmi Kremlin mövqeyinə gəlincə, onun iki seçimi var – Ukraynanı ya Donald Trampın əli ilə, ya da güc, müharibə yolu ilə ələ keçirmək. Trampın, bəlkə də Avropada kimlərinsə arzuladığı üçüncü seçim mövcud deyil”, - o bildirib.

Diplomatın sözlərinə görə, həm birinci, həm də ikinci məsələ Ukrayna Konstitusiyasına ziddir. Konstitusiyada ölkənin NATO kursu açıq şəkildə təsbit olunub, seçkilərlə bağlı vəziyyət də eynidir, çünki hərbi vəziyyət dövründə bunların baş tutması mümkün deyil.

“Üstəlik, seçkiləri hazırlıqsız keçirmək mümkün deyil. Bu isə o deməkdir ki, atəşkəs və ya müvəqqəti sülh seçkilərin keçirilməsi üçün şərt sayıla bilməz. Buna görə də nə birincisi, nə də ikincisi konstitusion deyil”, – deyə Bessmertnı vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью