“Kremlin planı Ukrayna ilə bitmir” Kanslerdən şok açıqlama

25.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Bundestaqda çıxışı zamanı deyib. 

O, Rusiyanın Baltik regionunda gərginliyi artırdığını, Polşa və Baltik dənizində, hətta Almaniya ərazisində vəziyyətə təsir göstərməyə cəhd etdiyini söyləyib. 

F.Merts müdafiə sahəsində təcili və mühüm qərarların qəbul edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Almaniya uzun müddət müdafiə, infrastruktur, demoqrafik dəyişikliklər və iqtisadiyyatla bağlı fundamental məsələlərə lazımi diqqət yetirməyib. İndi isə xüsusilə müdafiə sahəsində gecikmiş addımların atılması zəruridir.

“Rusiya nə istədiyini dəqiq bilir və onun istəkləri təkcə Ukrayna ilə məhdudlaşmır. Bunu anlamayanlar ya dünyada baş verənləri dərk etmir, ya da ölkəmizin azadlıq, açıqlıq və liberal dəyərlərinə zidd olan başqa gündəmi müdafiə edirlər”, - F.Merts qeyd edib.

Almaniya kansleri Rusiyanın Baltik regionunda, Polşada, Baltik dənizində və hətta kosmosda gərginliyi artırdığını iddia edib.

“Rusiya genişmiqyaslı eskalasiyaya əl atır. Bu, hətta öz sərhədlərimizin daxilində, insan həyatı bahasına baş verir. Vəziyyət budur. Məhz buna görə biz avropalılar Rusiyaya qarşı aydın sərhədlər müəyyən etməliyik və edəcəyik”, - deyə Merts vurğulayıb.

Mürtəza
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью