Kremlindən Oreşnik raketi açıqlaması: Hədəf təkcə Ukrayna deyil, Qərbə xəbərdarlıqdır

22.11.2024

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Kremlin sözçüsü Dmitri Peskov Ukraynadakı hərbi obyektə "Oreşnik" raketinin atıldığını təsdiqləyib və bu hücumun əslində Qərbə bir xəbərdarlıq mesajı daşıdığını vurğulayıb.

Redaktor.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dünənki çıxışında Ukraynanın ABŞ istehsalı ATACMS və Britaniya istehsalı "Storm Shadow" raketləri ilə hücumlar təşkil etdiyini, buna cavab olaraq "Oreşnik" raketlərindən istifadə etdiklərini açıqlamışdı.

Peskov isə bu açıqlamanı davam etdirərək, Rusiya tərəfindən ABŞ-ni hücumdan 30 dəqiqə əvvəl xəbərdar etdiklərini, lakin belə bir öhdəliklərinin olmadığını bəyan edib.

Türkan İSGƏNDƏRLİ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью