Kremllə bağlı plan üzə çıxdı: Merzdən Putinə ultimatum | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya Kansleri Fridix Merz Rusiyanı iqtisadi cəhətdən tükəndirmək istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “ProSiebenSat.1” telekanalına müsahibəsində danışıb.
“Mənim Prezident Vladimir Putinə güvənmək üçün heç bir səbəbim yoxdur. O, Ukraynadakı münaqişəni dayandırmaq fikrində deyil.
Bunun üçün təməl yaradılmalıdır. Bu, hərbi baxımdan çətin olsa da, iqtisadi olaraq mümkündür”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Merz Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutmasa, Avropa və ABŞ-ın antirusiya sanksiyalarını artıracağını elan etmişdi.
Əliyar Xəlil Globalinfo.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu