Kreslosu sallanan Pep 150 milyonluq ulduzu istəyir

22.03.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klub rəhbərliyindən meqa-transfer istəyib.

Milli.Az xəbər verir ki, o, "Bayer Leverkuzen"in ulduz yarımmüdafiəçisi Floryan Virtsi komandasında görmək istəyir. Bu barədə "Sportskeeda" məlumat yayıb.

Pep 150 milyon avro dəyəri olan Virtsin transferi ilə bağlı "Siti" rəhbərliyinə şəxsən müraciət edib. İngiltərə klubu 2025-ci ilin yayında Almaniya millisinin üzvünü transfer etmək üçün əlindən gələni edəcək.

Qeyd edək ki, bu mövsüm Virts 37 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib. /Publika.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью