Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Koreya lideri Kim Çen In və rusiyalı həmkarı Vladimir Putin dünən Çində bir araya gəliblər.
Sözügedən görüşdən sonra maraqlı bir hadisə yaşanıb.
Belə ki, Kim Çen Inın köməkçilərinin onun oturduğu kreslonuu, toxunduğu masanı diqqətlə silib, hətta istifadə etdiyi eynəklərini də tez bir zamanda oradan götürüblər.
Rusiyalı jurnalistlərin paylaşdığı görüntülər beynəlxalq medianın diqqətini çəkib və bəzi mətbu orqanlar bunu “DNT təmizləməsi” kimi şərh ediblər.
Belə bir addımın nə üçün atıldığı hələlik açıqlanmayıb. Ekspertlər bunun Rusiyanın təhlükəsizlik xidmətləri və ya Çin kəşfiyyatına qarşı ehtiyat tədbiri ola biləcəyini ehtimal edirlər.
"AzPolitika.info"