Krım benzinsiz qalmışdı: İndi su da olmayacaq

21.06.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Krım sakinlərinə kondisionerləri və lazımsız elektrik cihazlarını söndürmək tövsiyə olunub.

Axar.az xəbər verir ki, bunu Krımın rəhbərinin müşaviri Oleq Kryuçkov deyib.

Kryuçkov elektrik şəbəkəsindəki fövqəladə vəziyyətlə bağlı Krım sakinlərini elektrik enerjisi istehlakını məhdudlaşdırmağa çağırıb.

Teleqram kanallarının məlumatına görə, artıq bütün Krım ərazisində içməli suyun verilməsi dayandırılıb.

Qeyd edəki, Ukrayna ordusunun hücumları səbəbindən Krıma benzin tədarükü dayandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью