“Krım bu halda Ukraynanın tərkibində qala bilərdi”

06.12.2024

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“2014-cü ildə hakimiyyət dəyişikliyi olmasaydı, Krım Ukraynanın tərkibində qalacaqdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“2014-cü ilin fevral ayında dövlət çevrilişi olmasaydı və o vaxtkı prezident Viktor Yanukoviç ilə müxalifət arasında bir gün əvvəl əldə edilmiş razılaşma həyata keçirilsəydi, Ukrayna hələ də vahid və Krım da onun tərkibində olardı”, - Lavrov bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью