“Krım bu halda Ukraynanın tərkibində qala bilərdi” Lavrov

06.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

“2014-cü ildə hakimiyyət dəyişikliyi olmasaydı, Krım Ukraynanın tərkibində qalacaqdı”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“2014-cü ilin fevral ayında dövlət çevrilişi olmasaydı və o vaxtkı prezident Viktor Yanukoviç ilə müxalifət arasında bir gün əvvəl əldə edilmiş razılaşma həyata keçirilsəydi, Ukrayna hələ də vahid və Krım da onun tərkibində olardı”, - Lavrov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью