Krım körpüsü bağlandı Ukrayna PUAları hücum edib

06.12.2024

Icma.az, Tribuna saytına istinadən bildirir.

- +

Ötən gecə Ukrayna Hərbi Dəniz Qüvvələri pilotsuz katerlər və PUA-larla Kerç boğazında əməliyyat keçirib. Hədəf Krım körpüsü olub.

Rusiya və Ukrayna “telqram” kanaları körpünün üzərində hərəkətin dayandırıldığını bildirir. Hücum səbəbindən ruslar Krım körpüsünü bağlayıblar. Nəticədə Kerç istiqamətində böyük tıxac yaranıb.

Məlumatda deyilir ki, Rusiya hərbçiləri pilotsuz qayıqları dənizdən, sahildən və havadan atəş açmaqla məhv etməyə çalışır.

Bundan əlavə, Kerçdəki Zaliv gəmiqayırma zavodunun ərazisində partlayışlar olduğu bildirir.

Yerli kanallar xəbər verirlər ki, səhər saat 5-dən etibarən partlayış səsləri eşidilir və PUA hücumları davam edir./AzPolitika

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью