Krım körpüsündə dəmir yolu hərəkəti bərpa olunub

17.11.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Krım körpüsündə dəmir yolu hərəkəti bərpa olunub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Krıma dəmir yolu daşımaları operatoru olan Grand Service Express şirkəti məlumat yayıb.

Körpüdə dəmir yolu hərkətinin bərpa olunmasını Krım rəhbəri Sergey Aksyonov da təsdiqləyib.

Qeyd edək ki,Ukrayna noyabrın 16-da dronla, 17-də isə Flamingo raketi ilə Krım körpüsünə iki dəfə zərbə endirib. İkinci zərbə körpünün avtomobil yolu hissəsini və tağlardan birini dağıdıb. Nəticədə körpüdə nəqliyyatın hərəkəti tam dayandırılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью