Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Ukraynanın hücumundan sonra hərəkətin dayandırıldığı Krım körpüsündə qatarların hərəkəti yenidən bərpa edilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Baş nazirin müavini Andrey Nikitin TASS-a bildirib.
Qeyd edib ki, Krım körpüsünün dəmir yolu hissəsində qatarların hərəkəti tam bərpa olunub.
Baş nazirin müavini əlavə edib ki, Rusiya nəqliyyat naziri Dmitri Yadrovdan Krıma yük və sərnişin daşınması ilə bağlı mütəmadi olaraq məlumatlar alır.
Xatırladaq ki, Ukrayna qüvvələri 16, 17 və 19 noyabr tarixlərində APEC sammiti zamanı Krım körpüsünə hücum təşkil edib.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin