Icma.az, Azpost portalına istinadən məlumat yayır.
“Rusiya Krım körpüsünə endirilən zərbələrə cavab verəcək və bu cavab Kiyev rejiminin etdiyindən qat-qat ağrılı olacaq“.
Bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.
Putin körpünü “müstəsna olaraq mülki obyekt” adlandırıb. O, Qara dənizdə tankerlərə hücumlardan sonra Rusiyanın “eyni üsulla cavab verməyə başladığını” söyləyib.
Onun sözlərinə görə, hazırda bütün tərəflər Rusiyadan dənizdə “sakitlik rejimi” barədə razılığa gəlməyi və ya enerji obyektlərinə zərbələri dayandırmağı xahiş edirlər. “Biz ümid edirdik ki, bəlkə hansısa məsələdə razılığa gəlmək mümkün olacaq. Lakin Krım körpüsünə hücumlardan sonra danışıqlar aparmayacağıq. Bu hücumlara cavab verəcəyik və istəyirəm ki, hamı bunu bilsin”, – deyə Putin bildirib.
Post navigation