Krım körpüsünün “acı taleyi”... “Zelenski hərbçilərə yeni göstəriş verib”

28.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ukrayna Krım körpüsünü tamamilə məhv etməyə hazırlaşır. Məlumatlı hərbi mənbələrə görə, Ukrayna Prezidenti Volodimir Zelenski hərbi rəhbərliyə körpünün son zərbədən sonra qalan dəmiryol hissəsinin də tamamilə məhv edilməsinə dair göstəriş verib.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Xatırladaq ki, 10 gün əvvəl Ukrayna dronları və qanadlı raketləri işğal olunmuş Krımı Rusiya ilə birləşdirən bu körpüyə zərbə endirib. Zərbə nəticəsində dörd zolaqlı avtomobil yolu və onun üzərindəki arka Kerç boğazının sularına qərq olub.

"The Telegraph" qəzetinin də qeyd etdiyi kimi, bu, Rusiyanın Krımdakı qoşunlarını, eləcə də yarımadanın hərbi və mülki infrastrukturunu təchiz etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Bundan əlavə, Ukraynanın "Neptun" raketlərinin körpünün möhkəmləndirilmiş dəmir yolu aşırımına da ciddi ziyan vurduğu bildirilir. Hərbi mənbə qeyd edib ki, "Prezident Zelenski onun tamamilə məhv edilməsini istəyir". O, həmçinin əlavə edib ki, artıq əlavə zərbələr hazırlanır.

Xatırladaq ki, 18 noyabr əməliyyatı yeddi mərhələdən ibarət idi və əməliyyatda 11 növ silahdan istifadə edilmişdi. Əvvəlcə Ukrayna qüvvələri körpü ətrafındakı Rusiyanın müdafiəsini, HHM qüvvələrini zəiflətdi, sonra isə körpünün özünə hücum etdi.

“The Telegraph” qəzetinin yazdığına görə, körpünün tamamilə dağıdılması Kiyev üçün əhəmiyyətli siyasi qələbə olacaq və Rusiyanın işğal olunmuş Krıma, eləcə də Ukraynanın cənubundakı qoşunlara təchizat yollarını daha da çətinləşdirəcək.

Əlavə edək ki, körpüdəki avtomobil yolu dağıdılandan sonra Krımla avtomobil əlaqəsi və yüklərin daşınması işğal altındakı ərazilərdən keçən “R-280” magistralı vasitəsilə həyata keçirilir. Lakin son günlər Ukrayan PUA-ları buradakı hərəkəti də məhdudlaşdırıb. Xüsusilə də yolda hərəkət edən yük maşınları mütəmadi olaraq PUA-lar vasitəsilə vurularaq yandırılır. Müşahidəçilər yolun kənarlarında onlarla böyük yük avtomobillərinin yanmış qalıqlarının olduğunu bildirirlər. Son məlumatlara görə isə artıq yük avtomobillərinin sürücüləri bu yolla hərəkət etməkdən kütləvi şəkildə imtina edirlər.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью