Krım körpüsünün bərpası illərlə çəkə bilər

20.11.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Krım körpüsünü ən yaxşı halda iki ilə bərpa etmək mümkün olacaq.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” Əbu-Dabidəki Xəlifə Universitetinin professoru Andreas Kapposa istinadla məlumat yayıb.

“Tağı əvəz etmək üçün nəhəng polad konstruksiyaların hazırlanması, onların daşınması və mürəkkəb quraşdırma prosesi tələb olunacaq. Əgər körpünün dayaqları da zədələnibsə, təmir işləri xeyli çətinləşəcək və daha çox vaxt aparacaq. Bundan əlavə, dron hücumları riski səbəbindən işlərin müddəti uzana bilər”, - professor bildirib.

Qeyd edək ki, Ukrayna ordusunun noyabrın 16-sı və 17-də Krım körpüsünə zərbələri nəticəsində körpünün nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsi tamamilə uçub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью