Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Rusiya Baş nazirinin müavini Marat Xusnullin Krım körpüsünün bərpası üçün hazırlıq işlərinin başlandığını elan edib. Bu barədə "Kommersant" məlumat yayıb. Xusnullinin sözlərinə görə, mütəxəssislər iş cədvəli tərtib ediblər, dizayner və inşaatçılardan ibarət komandalar yaradılıb və tikinti materialları təchizatçıları ilə əməkdaşlıq qurulub. O bildirib ki, əvvəllər Rusiya hakimiyyəti strukturun bərpası üçün iki variantı nəzərdən keçirirdi. İndi texniki həllər razılaşdırılıb və qarşıdakı işlər mərhələlərə bölünüb. Qeyd edək ki, Ukrayna SQ-nin Krım körpüsünə endirdiyi zərbələr nəticəsində nəqliyyat üçün nəzərdə tutulan hissə tamamilə dağılıb, dağıntılar körpünün altından gəmilərin hərəkətini də mümkünsüz edib.
XQ