Krım Rusiyada qalacaq? Yeni sülh təklifi masadadır

21.04.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ, Britaniya, Fransa və Ukrayna nümayəndələri Londonda yeni sülh danışıqları raunduna başlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin iddiasına görə, ABŞ Rusiya ilə mümkün razılaşma çərçivəsində Moskvaya qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasına və Rusiyanın Qara dənizdə yerləşən Krım üzərində nəzarətini tanımağa hazırdır.

Təklif edilən plan Rusiya-Ukrayna müharibəsinin cəbhə xəttini faktiki olaraq donduracaq. Bu halda Rusiya hazırda nəzarət etdiyi şərqi və cənubi Ukraynanın geniş əraziləri üzərində də faktiki nəzarətini saxlayacaq.

Razılaşma baş tutarsa, Ukraynanın NATO-ya üzvlük məqsədindən də imtina olunacaq. Bununla belə, Vaşinqton Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini vacib hesab edir.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью