Ayna saytına istinadən Icma.az xəbər verir.
Azov dənizində 4,8 bal gücündə zəlzələ baş verib
Krım sahillərində, Azov dənizində 4,8 bal gücündə zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 10 kilometr dərinlikdə yerləşib. Episentr Kerçdən 78 kilometr, Şçelkino şəhərindən isə 35 kilometr aralıda olub. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.