Krım tatarı fəalı həbsxanada öldü

29.11.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Krım tatarı siyasi məhbus Cabbar Bəkirov Rusiya həbsxanasında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Krım Tatar Resurs Mərkəzinin idarə heyətinin sədri və Krım Tatar Xalqı Məclisinin üzvü İsgəndər Bariyev məlumat verib.

Bariyev siyasi məhbusun ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, 56 yaşlı Cabbar Bəkirov 2021-ci ildə Rusiya məhkəməsi tərəfindən 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью