Krıma PUA hücumu olub, ölənlər var

17.11.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Krım yarımadasının Leninski rayonunda Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksyonov “Telegram” kanalında məlumat yayıb.

Hadisənin digər təfərrüatları və mümkün dağıntılar barədə məlumat verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью