Krıma yeni hücum: Daha 2 təyyarə vuruldu Video

25.09.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ukrayna ordusu Rusiyanın Krımda yerləşən hərbi bazasına növbəti dəfə PUA-larla hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Rusiyaya məxsus iki ədəd An-26 nəqliyyat təyyarəsi məhv edilib.

Bundan başqa, iki ədəd radiolokasiya stansiyası da zərərsizləşdirilib.

Qeyd edək ki, sentyabrın 23-nə keçən gecə Ukrayna işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью