Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, Brovdi “Associated Press”ə müsahibəsində deyib ki, hazırda Pilotsuz Sistemlər Qüvvələri Krım əməliyyatını tam gücü ilə həyata keçirmək üçün tələb olunan təminatın yalnız 14 faizinə malikdir.
Onun sözlərinə görə, Krıma zərbələrin əsas məqsədi yarımadanı Rusiya qoşunları üçün hərbi dayaq məntəqəsi kimi istifadəyə yararsız vəziyyətə gətirməkdir.
Madyar bildirib ki, son aylarda Ukrayna qüvvələri Krımda 300-dən çox hava hücumundan müdafiə vasitəsini, o cümlədən zenit-raket kompleksləri, radiolokasiya stansiyaları və radioelektron mübarizə sistemlərini məhv edib.
O, həmçinin “Wildberries” platformasına qarşı hücumların davam edəcəyini və bunun Rusiya əhalisinin müharibənin təsirlərini daha çox hiss etməsinə hesablandığını bildirib.
Brovdinin fikrincə, müharibənin başa çatması üçün Rusiyanın müharibəni maliyyələşdirmək, silah istehsal etmək, arxa cəbhəsini qorumaq və canlı qüvvə göndərmək imkanları ciddi şəkildə zəifləməlidir.
Bizimyol.info