Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həyatını itirdi

12.09.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir azərbaycanlı həlak olub.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Ukraynanın Krıma endirdiyi dron zərbəsində 45 yaşlı Mahir Məmmədov həyatını itirib.
 

Bildirilib ki, M.Məmmədov yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi dronla vurulub, nəticədə, yanğın olub və həmyerlimiz vəfat edib.


Mahir Məmmədovun Bolnisinin Arıxlı kəndindən olduğu və cənazəsinin doğma yurduna aparılması istiqamətində işlərin həyata keçirildiyi qeyd edilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью