Krımda Azərbaycan radio yayımı | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
...Bir neçə il əvvəl Azərbaycan Mətbuat Şurasının “Tanıyaq, tanıdaq” layihəsi çərçivəsində Ukraynanın Sevastopol Dövlət Radiosunda Azərbaycanla bağlı yayımlanan “Qobustan” proqramının rəhbəri Həbib Əliyevlə görüş keçirilirdi.
Şuranın o vaxtkı sədri Əflatun Amaşov soydaşımızı ən gözəl ifadələrlə təqdim edərək, onun Azərbaycan həqiqətlərini Ukrayna cəmiyyətinə çatdırmaqla bağlı uğurlu yaradıcı səylərini yüksək dəyərləndirdi.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları Həbib Əliyevin uzun müddətdən bəri qərib ölkədə Azərbaycanı tanıtdırmaq kimi mühüm missiyanı şərəflə yerinə yetirdiyini vurğulayaraq görüşdən hədsiz məmnunluqlarını bildirdilər.
Şuranın diplomuna layiq görüldüyü həmin görüşdə Həbib müəllimin çıxışından da bəlli oldu ki, zəhmətkeş qələm sahibi Vətən naminə təmənnasız fəaliyyəti ilə nümunədir.
O, ixtisasca müəllim olsa da, ötən əsrin sonunda xaricdə çalışmaq üçün Ukraynaya yola düşüb və tale qisməti onu jurnalistikaya gətirib.
Düz 28 il Sevastopolda ölkəmizi təbliğ edən verilişin rəhbəri və aparıcısı olub.
Orada radio dalğalarında Azərbaycanın canlı səsi olan Həbib Əliyev çətinliklər də görüb, erməni təxribatına da tuş gəlib, amma ruhdan düşməyib, öz qətiyyəti və ukraynalıların isti münasibəti sayəsində tanınıb.
Tam oxu
Xəbəri oxu