Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Açıq havada dağların fonunda baş tutan şouda həm peşəkar modellər, həm də modellik məktəblərinin tələbələri iştirak ediblər ...Krımın Baxçasaray bölgəsində Belbek yarmarkası çərçivəsində ilk dəfə olaraq etnik moda nümayişi keçirilib.
Tədbirin ideoloqu Viktoriya Marçenko bildirib ki, “Krım xalqlarının modası” layihəsinin təşkilatçıları iştirak etmək üçün Rusiyanın dörd yeni regionundan dizaynerləri cəlb etmək niyyətindədirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, şouda Krım və Moskvadan olan dizaynerlər iştirak ediblər.
Gələcəkdə yarımadanın müxtəlif etnik ənənələrini özündə birləşdirən unikal üslub yaratmaq üçün coğrafiyanın genişləndirilməsi nəzərdə tutulur.
Layihə regionun çoxmillətli mədəni qarışığını əks etdirən və ictimaiyyət arasında tələbat olan Krım moda trendinin inkişafına yönəlib.
Tədbirdə Krım xalqlarının adət-ənənələrindən ilhamlanaraq geyim, aksesuar, zərgərlik və baş geyimləri təqdim edən ona yaxın dizayner iştirak edib.
Açıq havada dağların fonunda baş tutan şouda həm peşəkar modellər, həm də modellik məktəblərinin tələbələri iştirak ediblər.