Krımda DƏHŞƏT: Hərbçi küçədə qarşısına çıxanı GÜLLƏLƏDİ

04.08.2026

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Sevastopol yaxınlığındakı Xmelnitskoye kəndində hərbçi xidmət yoldaşlarına və dinc sakinlərə atəş açıb.

Hadisə nəticəsində 4 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.

Hurriyyet.Media xəbər verir ki, bu barədə regional mənbələr məlumat yayıb.

Rusiya tərəfindən təyin olunmuş şəhər hakimiyyətinin ilkin məlumatlarına görə, hərbi qulluqçu əvvəlcə bir xidmət yoldaşını qətlə yetirib, digərini isə yaralayıb. Bundan sonra o, yerli sakinlərə tərəf atəş açmağa başlayıb.

Hücumun qurbanı olan dinc sakinlər - 71 və 59 yaşlı kişilər, həmçinin 64 yaşlı qadındır. Daha üç mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Hücum edən şəxs saxlanılıb. Hadisənin təfərrüatları araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью