Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Krımda 1 mart 2027-ci il tarixindən etibarən elektron siqaretlərin pərakəndə satışı qadağan ediləcək.
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Krım Dövlət Şurasının sədri Vladimir Konstantinov "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Dövlət Şurasının deputatları müəyyən ictimai yerlərdə tütün və nikotin tərkibli məhsulların pərakəndə satışını qadağan edən qanun layihəsinin ikinci oxunuşunu qəbul ediblər.
Məhdudiyyətlər veypinq cihazlarının satışına da şamil ediləcək. Məhdudiyyətlər 1 mart 2032-ci ilə qədər qüvvədə qalacaq.
Yeni qaydaların pozulması inzibati cərimələrlə nəticələnəcək.
Gülşən Şərif