Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Sevastopol yaxınlığında rusiyalı hərbçi öz döyüş yoldaşlarına atəş açıb.
Axar.az xəbər verir ki, bunu Sevastopol qubernatoru Mixail Razvojayev deyib.
“O, əvvəlcə xidmət yoldaşlarını atışə tutub, sonra isə mülki şəxslərə qarşı hücum törədib. Hücum nəticəsində bir əsgər və üç mülki şəxsi öldürülüb. Daha bir əsgər və 3 mülki şəxs isə yaralanıb”, - o bildirib.
Onun sözlərinə görə, şübhəli artıq saxlanılıb.