Krımda Ukraynanın 12 pilotsuz təyyarəsi vuruldu

13.02.2025

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus 12 pilotsuz uçuş aparatını (PUA) vurub.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.

“Moskva vaxtı ilə saat 19:00-dan 21:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Krım Respublikası ərazisi üzərində Ukraynaya məxsus 12 pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda deyilir.


Zaur, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью