Krımı indi də yanğın bürüdü

27.06.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Krımın cənub sahilində, Yalta bölgəsindəki Ay-Petri dağının ətəyində meşə yanğını baş verib.

Axar.az xəbər verir ki, meşə yanğını hazırda 3,2 hektar ərazini əhatə edir.

Yanğınsöndürmə əməliyyatlarına 98 nəfər və 24 texnika cəlb olunub. Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə bölmələri, Aluşta meşə təsərrüfatı və ovçuluq təsərrüfatının əməkdaşları, "Krım-Spas" dəstəsinin dağ xilasediciləri, "Qazopovednıy Krım" müəssisəsinin nümayəndələri və könüllülər yanğınla mübarizədə iştirak edirlər.

Qeyd edək ki, 24 iyun tarixindən etibarən bölgədə xüsusi yanğın təhlükəsizliyi rejimi qüvvədədir. Bu rejim meşələrdə və ona bitişik ərazilərdə tonqal qalamağı və açıq oddan istifadə etməyi, o cümlədən quru bitkilərin və məişət tullantılarının yandırılmasını qadağan edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью